AZ

Millimizin taleyi öz əlində: YALNIZ QƏLƏBƏ

Millətlər Liqasında qrup mərhələsinin son oyunları bu gün keçiriləcək.

İdman.biz xəbər verir ki, C liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan millisinin də taleyinə son tur aydınlıq gətirəcək.

Keçirdiyi 5 qarşılaşmada cəmi 1 xal toplayan Fernandu Santuşun öz qrupunda sonuncu olmağı hələ ötən tur rəsmiləşib. Amma yığmamızın D liqasına birbaşa yuvarlanması, yoxsa C liqasında qalmaq üçün pley-off oynaması bu gün dəqiqləşəcək.

Belə ki, liqada qrup sonuncusu olan dörd komandanın taleyinə göstəricilərinə görə aydınlıq gələcək. Ən yaxşı nəticəyə malik iki yığma D liqasının ikinciləri ilə üz-üzə gələcək. İki ən zəif isə birbaşa aşağı yuvarlanacaq.

Digər üç qrupda mübarizə bitdiyi üçün Azərbaycan millisinin qiyabi rəqibləri və digər autsayderlərin göstəriciləri dəqiqləşib. Sonuncular arasında ən yaxşı olan Latviya pley-offa vəsiqəni təmin edib. Ən zəif olan Litva isə D liqasına indidən hazırlaşa bilər.

Millimizin taleyi isə öz əlindədir. Hazırda pley-offa ikinci vəsiqəyə Lüksemburq və Azərbaycan iddia edir. Bu yığmaların heç biri qalib gəlməyib. Qiyabi rəqibimiz 3, millimiz 1 xal toplayıb. Amma Lüksemburq 6, komandamız 5 görüşə çıxıb.

Santuşun yetirmələri xal hesabını bu gün artıra bilər. Artıq qrup birinciliyini təmin edən İsveçin qonağı olan millimiz Lüksemburqu keçmək və pley-offa vəsiqə üçün mütləq qalib gəlməlidir. Yığmamızın başqa yolu da yoxdur. Qələbə ilə pley-offa yollanmaq üçün mübarizə aparacaq Santuşun komandası istənilən xal itkisi ilə D liqasına yuvarlanacaq.

Pley-offa vəsiqə qazanılsa, rəqib noyabrın 22-dəki püşkatmada dəqiqləşəcək. Mümkün rəqiblər isə D liqasının ikinciləri Cəbəllütariqlə Andorradır. Pley-offun matçları isə 2026-cı il martın 26-da və 31-də keçiriləcək.

Qeyd edək ki, Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

C4

Latviya

6

1

1

4

4-11

4

C3

Lüksemburq

6

0

3

3

3-7

3

C1

Azərbaycan

5

0

1

4

3-11

1

C2

Litva

6

0

0

6

4-11

0

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr