Bakıda keçirilən COP29 məkanında “ActionAid International” qeyri-hökumət təşkilatından olan bir qrup aktivist iqlim maliyyəsinin ödənilməsi tələbi ilə etiraz aksiyası təşkil edib.
APA xəbər verir ki, “Mavi zona”da aksiyaların keçirilməsi üçün müəyyən olunmuş əraziyə toplaşan fəallar zəngin ölkələri iqlim maliyyəsini ödəməyə çağırıblar.
Aktivistlər “Varlı ölkələr, iqlim borcunuzu ödəyin!”, “İqlim maliyyəsini ödəyin!” kimi şüarlar səsləndirib, real, insanlara tönəlmiş həllər tələb ediblər.
“İqlim ədaləti borc ədalətidir” şüarını da səsləndirən aksiya iştirakçıları maliyyənin milyonlarla deyil, trilyonlarla ödənilməsini tələb ediblər.
Aktivistlər bildirib ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə itki və zərər, uyğunlaşma və iqlim təsirlərinin azaldılması xərcləri üçün hər il 1-5 trilyon ABŞ dolları olmaqla qrantlar ödəməlidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta