Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Liqasında bu gün sonuncu oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İsveçlə qarşılaşacaq.
Solna şəhərindəki "Friends Arena"da baş tutacaq 6-cı turun oyununu Polşadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Pavel Raçkovski olacaq.
Azərbaycan yığması 5 oyundan sonra 1 xalla qrup sonuncusudur.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
VI tur
19 noyabr
23:45 İsveç – Azərbaycan
Baş hakim: Pavel Raçkovski (Polşa)
Solna, "Friends Arena".