Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçinin övladı onun üçün məktəbdə öyrəndiyi rus dilində məşhur “В лесу родилась ёлочка” (Meşədə küknar ağacı doğulub) mahnısını oxuyub.
Diqqət çəkən məqam isə Şəbnəmin oğlunun sözügedən mahnının sözlərini çaş-baş salması olub.
Həmin anları çəkərək instaqram səhifəsində izləyiciləri ilə bölüşən müğənni “Sənə qurban olum. Bu gün bu mahnını öyrədin. Afərin!” sözlərini ifadə edib.
Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var.