AZ

“Azərbaycanla oyun haqda dəhşətli keçdi, heç bir tənqidə tab gətirmirik”

Estoniya millisinin kapitanı Karol Mets Millətlər Liqasının C1 qrupunun 5-ci turunun Azərbaycan yığması ilə Qəbələdə keçirdiyi heç-heçəni (0:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, "soccer.net"ə danışan təcrübəli futbolçu məqsədlərinə çatdıqlarını bildirib:

"Azərbaycana qarşı oyun çətin oldu. İlk hissədə kifayət qədər yaxşı oynadıq, amma ikinci hissədə bütün gözləntilərdən aşağı çıxış etdik.

Hətta deyərdim ki, ikinci hissə dəhşətli keçdi. Amma nəticə üçün oynadıq və bu baxımdan hər şey yaxşıdır.

Qrupumuzu və vəziyyətimizi nəzərə alaraq hədəfimiz olan C divizionunda qalacağıq. Ancaq ikinci yarıdakı göstərdiyimiz oyun heç bir tənqidə tab gətirmir.

Düşünürəm ki, biz topu tez itirirdik. Qaçılmaz təzyiq artdı və rəqib özünəinam qazandı.

Azərbaycanın ikinci hissədə müdafiəyə ehtiyacı yox idi. Topla daha yaxşı davranmağı bacarmalıyıq ki, oyun yalnız bizim qapımız tərəfdə getməsin".

Seçilən
17
1
sportinfo.az

2Mənbələr