Gecəm də, gündüzüm də olub sənsiz,
Göylərə çəkilmiş röyam sənsiz,
Necə oldun sən belə rəhimsiz?
Olmuş halım daha pərişan sənsiz.
***
İçimi bürümüş kədər, intizar,
Quru xatirələr qalmış yadıgar,
Sənə deyiləsi çox sözlərim var,
Nə qədər mənasız bu həyat sənsiz.
***
Sevgi aləminin yanan şöləsoyəm,
Giley-güzarımı sənlə böləsoyəm,
Yoxsa öldürər məni bu həsrət sənsiz.
***
Zülfünü qoynunda bəsləmiş gecə,
O ala gözünə vurğunam necə,
İllər, fəsillər, ötsə də beləcə,
Xatirənlə oyanır yarın sənsiz!
Xatirənlə oyanır yarın sənsiz!
Şölə ZƏNGƏZURLU