AZ

İqlim maliyyəsi ən həssas təbəqəyə çatmır

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının siyasət üzrə baş məsləhətçisi Mişel Yonetani iqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli mövzusunda keçirilən sessiyadakı çıxışında bu gün qaçqın probleminin hər kəsi təsirləndirdiyini bildirib.

BMT rəsmisi deyib: “Biz hər kəsdən bu mürəkkəbliyi başa düşməyi, bunun fərqində olmağı və eyni zamanda, düşüncəni dəyişməyi xahiş edirik. Bu istiqamətdə atılan addımların həyata keçirilməsinə kömək edən bir neçə əsas amil var. Əvvəla, bu, faktiki məlumatdır. Lakin artıq əhəmiyyətli məlumat bazamızın olmasına baxmayaraq, milli və yerli səviyyədə baş verənlər haqqında daha çox informasiyaya da ehtiyac var”.

Mişel Yonetani qeyd edib ki, hesabata əsasən, dünyada, təxminən, münaqişə və təqiblər nəticəsində məcburi köçkün düşən, təxminən, 120 milyon insanın dörddə üçü hazırda iqlim dəyişikliyinin yüksək və ya ekstremal təsirlərinə həssas olan Sudan, Haiti, Myanma və Efiopiyada yaşayır. Məlumatları və modelləşdirmə nəticələrini birləşdirərək aşkar etdik ki, iqlimlə bağlı təhlükələrə həddindən artıq məruz qalan ölkələrin sayı 2040-cı ildə 65-ə yüksələcək. Bu ölkələrin əksəriyyəti məcburi köçkünlərə evsahibliyi edir.

Seçilən
10
xalqqazeti.az

1Mənbələr