AZ

İran Aİ və Böyük Britaniyanın sanksiyalarını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi diqqət çəkən açıqlamalar verib. İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, o, deyib ki, İslam Respublikası Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Tehrana qarşı tətbiq etdiyi sanksiyaları qətiyyətlə pisləyir. Sanksiyalar İranın Rusiyaya ballistik raketlər göndərməsi iddiası əsasında tətbiq olunub. 

İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, Bəqayi həmçinin ölkəsinin milli maraqlar və təhlükəsizliyin təmin edilməsi istiqamətində tərəfdaşları ilə əməkdaşlıq üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.


Xatırladaq ki, noyabrın 18-də Aİ İrana qarşı Rusiyaya hərbi yardım göstərməsi səbəbindən yeni sanksiyalar tətbiq edib.

Tural

Seçilən
15
2
news365.az

3Mənbələr