AZ

"ABŞ-nin raket qərarı oyun qaydalaranı dəyişəcək" -Sibiqa

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa diqqət çəkən açıqlamalar verib. NTV-nin yaydığı məlumata görə, o bildirib ki, ABŞ-nin Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadəyə etməyə icazə verməsi Moskva ilə Kiyev arasında davam edən münaqişənin gedişatını dəyişə bilər. 

Sibiga iddia edib ki, ATACMS-in Rusiya ərazisinə zərbə vurmaq üçün istifadəsinə icazə vermək “oyun qaydalarını dəyişdirən” addım olacaq və bu tədbir ümumilikdə mövcud vəziyyəti kökündən dəyişə bilər. Onun sözlərinə görə, Ukrayna hücumları nə qədər uzun sürərsə, münaqişə bir o qədər tez bitəcək.

Xatırladaq ki,  “New York Times” (NYT) noyabrın 17-də öz mənbələrinə istinadən diqqət çəkən məlumat yayıb. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Bundan sonra bir sıra Qərb rəsmiləri raket icazəsinin dezinformasiya olmadığını təsdiqləyiblər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Seçilən
13
news365.az

1Mənbələr