Azərbaycan milli UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
Publika.az xəbər verir ki, yığma C Liqasının I qrupunun matçında İsveçlə qarşılaşacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək. Qrupda 1 xalı olan Fernandu Santuşun komandası bu görüşdə qalib gəlsə belə, C Liqasında qalmaq şansları möcüzəyə bərabərdir.
Qarşılaşmanı FIFA referisi Pavel Raçkovskinin rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edəcək.
Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşıb.