Qazaxıstanlı bloqqer Pərizad Kayrat ölkəsində təbii fəlakət zamanı xalqa "çağırış" edərək 3 milyon dollar yardım toplayıb. Pulları toplayandan sonra özünə bahalı həyat qurub. Bahalı maşınlar, ev alıb. Bir neçə obyekt alıb. Dünyanı gəzib və bahalı brendlərdən bazarlıq edib. Ən maraqlısı isə özünə daşqın vaxtı, camaatın yardıma ehtiyac olunan günlərdə Haval maşını alıb..
Bu dünya belədir. Milliyətindən, yaşadığı coğrafiyadan asılı olmayaraq xalq üçün çağırış edənlər özlərinə zor həyat qururlar, bahalı maşınlar alırlar və bahalı brend xəstəsi olurlar.
Kimə inanırsan sonunda belə olur. Nəticədə daha ehtiyaclı insanlara yardım etmək heç kim istəmir. Dünənə qədər velosiped sürənlər belə hadisələrdə Tanerdiye olurlar. Faciələr üzərində özlərinə bahalı həyat qururlar. Tanerdiye Vaterleoo döyüşündən sonra ölülərin qızıl dişlərini söküb özünə kafe açırdısa indikilər dirilərin qızıl dişlərini yardım adı ilə söküb özlərinə bahalı həyat yaradırlar.
Olan isə min zəhmətlə pul qazanıb, evinə bir tikə çörək aparan insanlara olur. Onlar özlərinə qıymayıb vicdan və mərhəmətlərindən doğan insanlıq halı ilə ehtiyaclı insanlara göndərdiyi yardımları belələri ciblərinə qoyub kef edirlər.
Bu dünyada yaxşılığı, insanlığı, mərhəməti, vicdanı öldürdü belələri .
Zaur Əliyev, tarixçi alim