Bakı. Trend:
"Baku Harmoniya" kənd təsərrüfatı, ərzaq və su ehtiyatlarısahəsində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqlarıbirləşdirən mərkəzi platforma olacaq.
Trend xəbər verir ki, bubarədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlimtəşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığınartırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi"mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
"Kənd təsərrüfatı qlobal səviyyədə əsas sektordur. Lakin kəndtəsərrüfatı istehsalının önündə dayanan fermerlər iqlimdəyişiklikləri qarşısında ən həssas təbəqələrdən biridir. Onlariqlim dəyişikliklərinin təsirini birbaşa və çox vaxt dərhal hissedirlər. Temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar,torpağın deqradasiyası və su çatışmazlığı onların həyat tərzinitəhlükə altına qoyur. Lakin qlobal iqlim dialoqlarında fermerlərəçox az diqqət yetirilir. Onlar iqlim dəyişikliklərinin təsirləriilə ilk qarşılaşanlardır, lakin çox vaxt zəruri dəstəyi sonuncuolaraq alırlar. "Baku Harmoniya" təşəbbüsü bu vəziyyəti dəyişməküçün sadiqliyimizi göstərir", - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, "Baku Harmoniya" təşəbbüsünün məqsədlərisadə, lakin olduqca vacibdir.
"Birincisi, biz çox vaxt parçalanmış mənzərəni izah etmək vəbirləşdirmək istəyirik. "Baku Harmoniya" kənd təsərrüfatı, ərzaq vəsu ehtiyatları sahəsində təşəbbüsləri, koalisiyaları vətərəfdaşlıqları birləşdirən mərkəzi platforma olacaq. Bu platformafermerlərə praktik biliklər, rəqəmsal alətlərə çıxış, eləcə dədünyanın hər yerindən ən yaxşı təcrübə və innovasiyalarla mübadiləimkanı təqdim edəcək. Mərkəzləşdirilmiş bir platforma yaradaraq,fermerləri təsərrüfatları və gələcəkləri üçün əsaslı və dayanıqlıqərarlar qəbul etməyə imkan verən biliklər və bacarıqlarla təminedirik", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.