"Qərb Gürcüstanda artıq son gedişlərinin etməyə məcbur olur".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib ki, gürcü müxalifətinə nəyin bahasına olursa-olsun hakimiyyəti ələ almaq göstərişi verilə bilər:
"Məsələ ondadır ki, Baydenin qələbəsi təmin olunsa idi, Ukrayna müharibəsinin davam etməsi fonunda Gürcüstanda ciddi qarşıdurmalara ehtiyac yox idi. Burda siyasi qarşıdurma Qərbi qane edərdi ki, Rusiyaya Ermənistandan olduğu kimi Gürcüstandan da təzyiq olsun. Amma Trampın qələbəsindən sonra görünən odur ki, Qərb ABŞ öncülüyündə Ukrayna müharibəsinin bitməsi qorxusu ilə elə durum yaratmaq istəyir ki, geri dönməz proseslər bir-birini əvəz etsin".
Azər Qasımov deyib ki, Ukraynaya Qərb silahları ilə Rusiya ərazilərinə zərbə endirmək kimi indi də Gürcüstanda qanlı proseslərin başlamasına hazırlıq gedir:
"Nəticənin nə olacağından asılı olmayaraq Cənubi Qafqazda gərginlik ocağı yaratmaq məqsədi ilə bu addım atılır. Hesab edirəm ki, proseslərin qarşısıalınmaz fazaya keçmə ehtimalı var. Bu plan həmişə ehtiyatda olub. Proseslərin nə qədər inkişaf edə biləcəyi isə Gürcü hakimiyyətinin gücündən asılı olacaq".
Süleyman