AZ

Baydenin qərarına görə Rusiya bu ölkələri vuracaqmı?

"Co Baydenin ATACMS raketləri ilə Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verməsi bir çox məqsədə hesablanıb. Bu raketlər 300 kilometr məsafəyə zərbə endirmək imkanına malikdir. Beləliklə, Rusiyanın Bryansk, Kursk, Lipetsk, Voronej, Rostov-Don və Anapa bölgələrində yerləşən təxminən 20 strateji obyekt, aerodrom, neft emalı zavodu və digər hədəflər təhlükə altına düşür. Eyni zamanda, Kurskda Şimali Koreyadan gətirilən silahlı qüvvələrə zərbələr endirmək də nəzərdə tutulur ki, bu da müharibənin gedişatını dəyişmək məqsədi daşıyır".   Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Elxan Şıxəliyev ABŞ Prezidenti Co Bayden administrasiyasının Rusiyanın dərinliklərinə raket zərbələri endirmək icazəsinin müharibənin gedişatına təsirlərini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, uzaqmənzilli raketlərdən istifadə edilməsi müharibənin uzanacağı ehtimalını doğurur: “Bu qərar Ukraynanın maraqlarına uyğun olaraq verilib və müharibənin Ukraynanın istəmədiyi ssenari üzrə nəticələnməməsi üçün atılan addımlardan biridir. Belə bir addım Ukraynanın hərbi mövqelərini gücləndirə bilər. Qeyd edim ki, ATACMS raketlərini vaxtında aşkarlamaq və qarşısını almaq Rusiya üçün asan deyil”. Ekspert qeyd edib ki, ABŞ-ın bu addımı bir sıra risklər yaradır:

“Rusiya daha əvvəl bəyan etmişdi ki, öz ərazisində NATO ölkələrinin istehsalı olan hər hansı taktiki ballistik raket aşkarlayacağı təqdirdə bunu NATO ilə birbaşa müharibə elanına bərabər hesab edəcək və müvafiq tədbirlər görəcək. Bu isə müharibə zonasının genişlənməsi ehtimalını artırır. Belə ki, Rusiya NATO-ya üzv ölkələrə - Baltikyanı dövlətlərə, Polşaya və ya ABŞ-ın bu ölkələrdəki aviabazalarına zərbələr endirə bilər. ABŞ-ın atdığı bu addım Rusiyanı danışıqlar masasında zəiflətmək məqsədi daşısa da, müharibənin eskalasiya riskini də doğurur”.

Seçilən
19
3
manset.az

4Mənbələr