AZ

"Baku Harmoniya" təşəbbüsü vasitəsilə Azərbaycan investisiyaları əlçatan etməyə çalışır - Məcnun Məmmədov

Bakı. Trend:

Kənd təsərrüfatı böyük resurslar tələb edir və "Baku Harmoniya"təşəbbüsü vasitəsilə Azərbaycan bu investisiyaları əlçatan vəmaksimum effektiv etməyə çalışır.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlimtəşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığınartırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi"mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

"Təşəbbüslərdən biri dayanıqlı kənd təsərrüfatını dəstəkləməküçün investisiyaların səfərbər edilməsidir. Kənd təsərrüfatı böyükresurslar tələb edir və "Baku Harmoniya" təşəbbüsü vasitəsilə bizbu investisiyaları əlçatan və maksimal effektiv etməyə çalışırıq.Biz beynəlxalq təşkilatlar, dövlət və özəl maliyyə institutları,eləcə də dünya üzrə tərəfdaşlarla əməkdaşlıq edərək iqlimmaliyyələşdirilməsini cəlb etmək üçün yeni alətlər və layihələrhazırlamağa diqqət yetiririk.

Bu iş COP29-dan sonra da davam edəcək, uzunmüddətli əməkdaşlıqvə innovasiyaları təmin edəcək. Gələcək kənd təsərrüfatı bizim bugün deyil, məhz bu anda necə uyğunlaşmağımızdan asılıdır. Bizimdigər vəzifələrimizdən biri fermerləri, xüsusilə qadınları vəgəncləri dəstəkləməkdir. Onlar kənd təsərrüfatının əsası və gələcəkdayanıqlığımızın əsas hərəkətverici qüvvələridir. Kənd təsərrüfatıicmalarımızı lazımi alətlər, təlim və iqlim maliyyələşdirilməsi ilətəmin edərək, "Baku Harmoniya" fermerləri dayanıqlı metodlardanəminliklə istifadə etməyə təşviq edir", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr