AZ

Netanyahudan atəşkəs açıqlaması: "Əgər bu baş verərsə..."

İsrailin baş naziri Benyamin Netanyahu parlamentdəki çıxışında ölkəsinin Livana hücumları ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, İsrail mətbuatında yer alan məlumata görə, Netanyahu Livanda mümkün atəşkəsin İsrail hücumlarının sona çatması mənasını verməyəcəyini bildirib.

“Əhəmiyyətli olan razılaşmanın kağız üzərində qalması deyil. Atəşkəsdən sonra da şimalda təhlükəsizliyimizi təmin etməli və Hizbullahın hücumlarına qarşı sistemli əməliyyatlar təşkil etməli olacağıq", - deyə baş nazir qeyd edib.

Netanyahu Hizbullahın əldə edilən hər hansı atəşkəs razılaşmasına əməl edəcəyinə dair heç bir dəlil olmadığını müdafiə edib: "Hizbullahın Fələstindəki müttəfiqi Həmasın 6 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücum etdiyi zamankı vəziyyətə qayıtmasına icazə verməyəcəyik".

Seçilən
54
50
publika.az

10Mənbələr