AZ

Nazir: Ölkədə əhalinin 46%-i kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir

Azərbaycanda əhalinin 46 faizi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir.

APA xəbər verir ki, COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" tədbirində çıxışı zamanı COP29 Prezidenti, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev deyib.

O bildirib ki, kənd təsərrüfatı sahəsində emissiyalar çoxdur. İqlim dayanıqlılığı baxımından kənd təsərrüfatına sərmayələr arıtırılmaldır. Bura özəl banklar da cəlb edilməlidir.

“Fermerlərin gücləndirilməsi üçün birlikdə əməkdaşlıq, platformaların yaradılması önəmlidir. 2026-cı il fermer qadınlar ili elan edilib. Bu da kənd təsərrüfatında qadın fermerlərin böyük rolunun olduğunu vurğulayır” - nazir əlavə edib.

Seçilən
7
3
apa.az

4Mənbələr