AZ

"Baku Harmoniya" fermerlər üçün iqlim layihələrinin mürəkkəb mənzərəsinə aydınlıq gətirən həll yoludur

Bakı. Trend:

Bakının "Baku Harmoniya" iqlim təşəbbüsü fermerlər üçün iqlim vəkənd təsərrüfatı layihələrinin mürəkkəb mənzərəsinə aydınlıq vəəlaqəlilik gətirən həll yoludur.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhaməQədimova COP29 çərçivəsində keçirilən "Fermerlər üçün BakuHarmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşıdayanıqlığın artırılması üçün fermerlərin imkanlarınıngenişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

"Biz sürətlənən iqlim dəyişiklikləri və artan qlobal ərzaqtəhlükəsizliyinin qeyri-sabitliyi qarşısında qərar nöqtəsindəyik.Sadə bir bənzətmə ilə başlamaq istəyirəm. Təsəvvür edin ki, siz birfermersiniz və qeyri-müntəzəm yağıntılar, temperaturun yüksəlməsivə artan su çatışmazlığı ilə üzləşirsiniz. Siz bilirsiniz ki,texnologiyalar, maliyyə imkanları və tərəfdaşlıqlar kimi həllyolları mövcuddur, lakin bu həlləri çoxsaylı təşəbbüslər arasındatapmaq samanlıqda iynə axtarmağa bənzəyir. Məhz bu boşluğu "BakuHarmoniya" aradan qaldırmağı hədəfləyir.

Bakının "Baku Harmoniya" iqlim təşəbbüsü fermerlər üçün sadəcənövbəti təşəbbüs deyil. Bu, iqlim və kənd təsərrüfatı layihələrininmürəkkəb mənzərəsinə əlaqəlilik və aydınlıq gətirən bir həlldir.Dünyada bu kimi 90-dan çox qlobal təşəbbüs mövcuddur və problemtədbirlərin olmamasında deyil, koordinasiyanın kifayət qədərolmamasındadır. "Baku Harmoniya" bu prosesin "dirijoru" kimi çıxışedərək, səyləri maksimum təsir üçün əlaqələndirir", - deyə nazirmüavini bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr