ABŞ-ın Nyu-York şəhərində qarşısına çıxanları bıçaqlayan "bomj" Türk Evinin qarşısında keçirilən əməliyyatla tutulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 51 yaşlı evsiz və tüfeyli həyat tərzi keçirən şəxs Nyu-Yorkda qarşısına çıxan insanlara bıçaqla hücum edib.
Nyu York Polis Departamentindən bildirilib ki, qatil heç bir səbəb olmadan insanlara hücum çəkib: "O, Türk Evinin qarşısında saxlanılıb. Türk Evinin əsas girişinə yaxın ərazidə tutulan şübhəliyə aid çanta, iki bıçaq və bir neçə cüt əlcək dəlil kimi götürülüb..."
Firudin Səfərli
MİA.AZ