AZ

Keyn heykəlinin açılışında iştirak etdi və bu sözləri yazdı

Londonda İngiltərə millisinin və "Bayern"in hücumçusu Harri Keynin şərəfinə heykəl ucaldılıb.

Publika.az xəbər verir ki, heykəl Keynin uşaq yaşlarında oynadığı "Riccey Rovers" komandasının təmsil etdiyi Volthemstov bölgəsindəki idman mərkəzinin yaxınlığında ucaldılıb.

"Daily Mail"in məlumatına görə, heykəl 2020-ci ildə hazırlanmağa başlayıb və 7200 funt sterlinqə başa gəlib. Keyn şərəfinə ucaldılan heykəlin açılışında iştirak edib.

“Futbol həyatımın başladığı yerə qayıtmaq və abidəni açmaq mənim üçün həqiqətən qürurverici bir andır. Ümid edirəm ki, bu, gələcək nəsli çox işləməyə və özlərinə inanmağa ruhlandırmağa kömək edəcək”, – deyə Keyn sosial şəbəkə hesabında yazıb.

Seçilən
20
publika.az

1Mənbələr