Onun sözlərinə görə, bu qərar Ukrayna ordusunun böyük hissəsini, dörd regionu itirməyə və ciddi iqtisadi böhrana səbəb olub. BMT Təhlükəsizlik Şurasının iclasında Nebenzya xatırladıb ki, hərbi əməliyyatın əvvəlində Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya səfər edərək Stambulda razılaşdırılmış sülh razılaşmasını imzalamaqdan imtina etməyə Kiyev rəhbərliyini razı salıb. O qeyd edib ki, o vaxt Rusiya və Ukrayna hərbi əməliyyatları dayandırmaq ərəfəsində idi.
Nebenzya vurğulayıb ki, Britaniyanın bu addımları Kiyevi münaqişəni davam etdirmək istiqamətində seçim etməyə vadar edib və bunun nəticəsində Ukrayna hərbi, iqtisadi itkilərə və torpaq itirmələrinə məruz qalıb. Bu itkilər arasında Rusiyaya birləşən regionlar və 2014-cü ildən Ukraynanın tərkibindən çıxan Krım da var.
O, həmçinin Böyük Britaniyanı itirilmiş dünya təsirini bərpa etməyə çalışmaqda, şantaj, sanksiyalar və "rəngli inqilablar" yolu ilə hökumətləri dəyişdirməyi dəstəkləməkdə ittiham edib. Nebenzya Ukraynanın da bu üsulların qurbanı olduğunu bildirib.
Bundan əlavə, Nebenzya xüsusi hərbi əməliyyatın məqsədlərinin ABŞ-nin Kiyevə Rusiyaya zərbələr endirməyə icazə verməsinə baxmayaraq, yerinə yetiriləcəyini vurğulayıb.