AZ

Rusiya ABŞ-lə münasibətləri normallaşdırmağa hazırdır: “Tango tək oynanılmaz” – ÖZƏL

Rusiya ABŞ-lƏ münasibətlərin normallaşmasına açıqdır, lakin bu prosesdə birtərəfli addımlarla kifayətlənmək niyyətində deyil. 

Olaylar.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib.

"Rusiya, prezidentimizin dediyi kimi, normallaşmaya açıqdır. Amma biz tangonu tək oynaya bilmərik," - deyə Peskov TASS-a bildirib.

O xatırladıb ki, Moskvaya qarşı sanksiya yarışını Vaşinqton başlayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bu gün ABŞ-lə münasibətlərin faktiki olaraq mövcud olmadığını və minimal səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, hazırda tərəflər arasında yalnız diplomatik nümayəndəliklərin fəaliyyəti və diplomatların işi ilə bağlı müzakirələr aparılır.

Rusiya prezidenti Vladimir Putin isə ölkələr arasında münasibətlərin bərpasına ümid etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, ABŞ və Rusiya arasında dialoqun pozulması Moskvanın günahı deyil. Buna baxmayaraq, Putin vurğulayıb ki, Rusiya münasibətləri bərpa etməyə hər zaman hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr