AZ

İran və Azərbaycan hərbi əməkdaşlığı müzakirə edib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Məhəmməd-Rza Aştiani və general-mayor Fərid Əliyev bu barədə bazar ertəsi İranın paytaxtı Tehranda ölkələrin Birgə Hərbi və Müdafiə Əməkdaşlıq Komissiyasının dördüncü iclası zamanı bildirib.

Aştiani xalqlar arasında dərin əlaqələrin mövcudluğunun ölkələr arasında ikitərəfli əməkdaşlığın səviyyəsinin yüksəlməsinə töhfə verdiyini vurğulayıb.

“Ölkələr arasında münasibətlər və qarşılıqlı fəaliyyət tendensiyası ölkələrin məqsədləri və milli maraqları çərçivəsində əməkdaşlığın əlverişli şəkildə genişləndirilməsində uğurlar üçün platforma rolunu oynayır”, deyə o, əlavə edib.

İran rəsmisi Azərbaycan Respublikasını İslam Respublikasının müdafiə və xarici siyasətində “mühüm və təsirli mövqe” hesab edib.

Aştiani Azərbaycanın regionda mühüm rol oynadığını xatırladaraq, “Bu regionda baş verən hadisələr və proseslər, şübhəsiz ki, İslam Respublikasının təhlükəsizliyinə təsir göstərir” deyib.

Fərid Əliyev də öz növbəsində iki xalq və ölkə arasında ümumilik və əlaqənin dərin nümunələrinin olduğunu deyib və ölkələri regionda sülh və sabitliyin bərqərar olması istiqamətində birgə səyləri davam etdirməyə çağırıb.

O, əməkdaşlıq nümunəsi kimi Birgə Komissiyanın iclasının keçirilməsini, eləcə də ölkələr arasında keçirilən birgə hərbi manevrləri göstərib.

Azərbaycanlı hərbçi qeyd edib ki, ölkələr bu il ərzində komissiyanın təlimatlarının icrasına uyğun olaraq üç birgə hərbi təlim keçirib.

Seçilən
18
moderator.az

1Mənbələr