Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gələcək.
Rumıniyanın Buftya şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki hər iki görüşdə uduzan U-17 yığmamız sonuncu - dördüncü pillədə qərarlaşıb. Lider Yunanıstanın 6, ikinci sıradakı Macarıstanın 4 xalı var.
Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.
İsveçrə millisinin forvardı “Qarabağ”a keçidə razılıq verdi - ÖZƏL
Tural Axundov: "Fikirləşdim ki, gedib oralarda oynamamaqdansa..." - Müsahibə
Premyer Liqa klubu millimizin üzvünü istəyir
Nicat Qurbanov: "Bəzi klubların sponsorlarının olmaması ciddi problemdir" - Müsahibə
"Zirə" və "Sumqayıt"ın matçlarının tarixi bəlli oldu