AZ

"Elektron sənəd dövriyyəsi proqramının alışı" xidmətinin satınalınması - TENDER

"Rabitəbank" ASC“, "Elektron sənəd dövriyyəsi proqramının alışı" xidmətinin satınalınması ilə bağlı açıq tender elan edir.

Fins.az şirkətin tender üzrə tələb və şərtlərini təqdim edir:

Tenderin adı: “Rabitəbank” ASC tərəfindən “Elektron sənəd dövriyyəsi proqramının alışı ” xidmətinin satın alınması

Tenderin son tarixi: 25.11.2024, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
•    İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
•    İşin icra müddəti qeyd edilməlidir
•    Zəmanət müddəti və texniki dəstək şərtləri

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
•    Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
•    Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri – Lazım olduğu təqdirdə istək olunacaq
•    Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək) - Lazım olduğu təqdirdə istək olunacaq
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq
•    Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə Bakı şəh., AZ 1010, 28 May küç. 33 ünvanına göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.
 

Zemfira Ms
Fins.az

Seçilən
5
fins.az

1Mənbələr