2024-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1695 milyon sərnişinə xidmət göstərmişlər.
Avtosfer.az xəbər verir ki, sərnişinlərin 88.2 faizi avtomobil nəqliyyatı, 11.1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Sərnişinlərin 95.3 faizi avtobus, 4.7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6.2 faiz artaraq 188.9 milyon nəfər, avtobusdan istifadə etmiş sərnişinlərin sayı 10.3 faiz artaraq 1 426 milyon nəfər, taksidən istifadə edənlərin sayı isə 5.1 faiz azalaraq 69.6 milyon nəfər olub.