AZ

Dövlət Agentliyində yeni sədr müavini - TƏYİNAT

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyəti sədrinə müavin təyin edilib.

Modern.az-ın məlumatına görə, agentlikdən bildirilib ki, bu vəzifə Ceyhun Şirzad oğlu Hüseynzadəyə həvalə edilib.
 

Bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri olan Ceyhun Hüseynzadə iqtisadi inkişaf, layihələrin idarəedilməsi və strategiyaların hazırlanması sahəsində 10 ildən çox təcrübəyə malikdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (bakalavr) və “Bowling Green State University”nin (magistr) məzunu olan yeni sədr müavini müxtəlif illərdə Azərbaycan Mərkəzi Bankı, İslam İnkişaf Bankı Qrupu, “Paşa Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

Seçilən
4
modern.az

1Mənbələr