AZ

Hərbi qələbə və diplomatik uğur

Müqəddəs Vətən torpaqlarımızın azadlığı uğrunda apardığımız 44 günlük şanlı savaş Azərbaycan Silahlı Qüvvələrinin reallaşdırdığı uğurlu hərbi əməliyyatlar, qazandığı qələbələr, işğalçı düşməni təslim olmağa məcbur etdi. Dəmir Yumruq düşmənə elə güclü, elə sarsıdıcı zərbələr endirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi əməliyyatların davam etdirilməsinin lüzumsuzluğunu anladı və 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını imzalayaraq təslim oldu. Xalqımızın ordumuza möhtəşəm dəstəyi və qələbəyə sonsuz inamı tarixi Zəfərimizin reallaşmasına mühüm töhfələr verdi. Ermənistan Respublikasının kapitulyasiya aktına imza atması ilə 30 illik işğala və ölkəmizə qarşı tarixi ədalətsizliyə son qoymuş oldu. Döyüşlərin dayandırılması həm də çoxsaylı itkilərin qarşısını almış oldu. 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın həm siyasi, diplomatik uğurlarının əsası qoyulmuş oldu, həm də Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin döyüşsüz Azərbaycana qaytarılması öhdəliyini Ermənistan rəsmi olaraq öz üzərinə götürdü. Hərbi müstəvidə ölkəmizin qazandığı uğurlar diplomatik uğurlarımızla tamamlanmış oldu.

Azərbaycan özünün apardığı haqq savaşında qardaş Türkiyə dövlətinin dəstəyini hər addımda hiss etdi. 15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Türkiyənin Azərbaycanla qardaşlıq əlaqələri hər zaman yüksək səviyyədə olub, Şuşa Bəyannaməsinin imzalanması isə dövlətlərimiz arasında strateji müttəfiqlik münasibətlərini ən üst səviyyəyə qaldırmış oldu.10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə də istər dünyada, istərsə də regionda baş verən proseslər fonunda, Azərbaycan-Türkiyə tandemi gözlənilən və ehtimal edilən təhlükələrin qarşısını qətiyyətlə almaq iqtidarındadır. İki qardaş dövlət arasında formalaşmış münasibətlər yeni kommunikasiya layihələrinin reallaşdırılmasına da əlverişli zəmin yaradır.

10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmizin siyasi, diplomatik və iqtisadi sahələrdə növbəti uğurlarının əsası qoyulmuş oldu. Üçtərəfli Bəyanatda Azərbaycan öz tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü. Bu prinsiplər ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, gələcəkdə ərazi iddialarından çəkinməyi, güc tətbiq etməməyi və ya güc tətbiq etmək hədəsindən çəkinməyi, dövlət sərhədlərinin müəyyən edilməsini və kommunikasiyaların açılmasını özündə ehtiva edirdi. Buraya sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması da daxil idi.

Azərbaycan Respublikasının əsas diplomatik uğuru ölkə başçımız Cənab İlham Əliyevin 6 oktyabr 2022-ci il tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması idi.

Müasir Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri də xalqımızın “Böyük Qayıdış” arzusunun, ideyasının reallaşdırılmasıdır. Azərbaycan xalqının sarsılmaz iradəsi, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti ilə soydaşlarımız öz əzəli və əbədi torpaqlarına – Qarabağa, Şərqi Zəngəzura qayıdır. Bu qayıdış əbədi qayıdışdır.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Seçilən
14
ikisahil.az

1Mənbələr