AZ

Azərbaycan “yaşıl enerji” potensialını qlobal bazarlara çıxarmağa hazırlaşır”- ÖZƏL

"Azərbaycanda COP29-a yüksək təşkilatçılıqla öz nümunəvi modelini dünya birliyinə təqdim etməklə, hər zaman üzərinə düşən öhdəliyə vicdanla və peşəkarlıqla yanaşdığını göstərir. Ölkəmiz Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə kimi müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri salır. Eyni zamanda, dövlətimizin təşəbbüskarı olduğu meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: 

"Azərbaycan hazırda COP prinsiplərində əsas ana hədəflərdən biri olan bərpaolunan enerjinin istehsalı və tədarükü istiqamətində yorulmaz fəaliyyət göstərir, qitələri birləşdirəcək yaşıl yol salır. 20 ildən artıqdır ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, hazırda 10 ölkənin dayanıqlı qaz təchizatında həlledici təminatçıya çevrilmiş ölkəmiz dünyanın müasir gündəliyində ön plana çıxmış "yaşıl enerji" kəmərinin çəkilişində də ənənəvi liderliyini nümayiş etdirir. Qlobal bazarlarda karbohidrogen tədarükünün alternativ enerji növlərinə transformasiyası və növbəti onilliklər ərzində ehtimal edilən neft istehlakının azalması fonunda Azərbaycan ənənəvi enerjini kompensasiya edə biləcək "yaşıl enerji" potensialını qlobal bazarlara çıxarmağa hazırlaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr