Müəllif: Gülnar Əhmədli, Banco.az
İngiltərə tarixin ən mühüm ölkələrindən biridir. Bu qədim sivilizasiya yüz illər boyu dünya siyasətinin aparıcı aktorlarından biri olmaqda davam edir. Bir zamanların “üzərində günəşin batmadığı imperiya”sı populyar mədəniyyətdən iqtisadiyyata, elmdən texnologiyaya qədər bir çox sahədə gündəm yaratmağa davam edir.
Bu ölkə haqqında maraqlı faktları təqdim edirik:
1. İngiltərə Birləşmiş Krallığın bir hissəsidir.
2. Ərazisinə görə Avropanın 16-cı ən böyük ölkəsidir.
3. İngiltərədə qədim tarixə malik bəzi maraqlı idman növləri bu gün də çox populyardır.
4. Ölkədə 1500-dən çox qala var.
5. İngiltərənin dövlət bayrağı “Müqəddəs Corc Xaçı” adlanır.
6. Dünyanın ən böyük kitabxanası İngiltərədədir.
7. İngiltərədə yalnız ölümcül zəhərli bitkilərin yetişdirildiyi bir botanika bağı var.