Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyasının rəhbəri Sergey Boqaçov RİA Novosti-yə bildirib ki, günəş aktivliyinin pik nöqtəsi böyük ehtimalla 2025-ci ilin yaz və yayında gözlənilir.
“Model hesablamalarına görə, 2025-ci il günəşin maksimum aktivliyinin ən çox ehtimal olunan ilidir… gözlənilən zirvənin vaxtı kimi gələn ilin yaz-yayını göstərir”, – Boqaçev bildirib.
Bundan əvvəl cari dövrədə maksimum günəş aktivliyi 2024-cü ilin may, avqust və oktyabr aylarında qeydə alınıb.
Boqaçev xatırladıb ki, elmi metodlardan istifadə etməklə günəş alovlarının və maqnit qasırğalarının tarixlərini dəqiq proqnozlaşdırmaq mümkün deyil.
Noyabrın 10-da alimlər Günəşdə X sinfinə yaxın güclü alov qeydə aldılar.
DOĞRU.AZ