AZ

Mətanət özünü Cennifer Lopezə BƏNZƏTDİ: “Vid-fiquram…”

“Vid-fiquram yerindədir”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “Bir gün” verilişində deyib.

O bədənində heç bir plastik əməliyyat etdirmədiyini bildirib:

“Bir dənə burnumda əməliyyat olunub. Onun da peşmançılığını çəkirəm. Həmin Mətanətəm elə. Sadəcə, əvvəllər arıq olmuşam, amma vid-fiqura yerindədir. Gərək, Allahla danışasan, amma bu yaxınlarda əməliyyat etdirəcəyəm. Bədənimdə ehtiyac görmürəm, lakin üzümü etdirəcəyəm”.

Sənətçi gənclik illərindən də danışıb:

“Məktəb vaxtlarımda məni çox ulduzlara bənzədiblər. Əvvəllər məni Ceyloya oxşadırdılar, səhnəyə çıxanda da deyirdilər ki, səhnənin Cenniferi…Hamı mənə elə deyirdi”.

Nehru

Seçilən
17
yenicag.az

1Mənbələr