Avropa futbolunda yeni rekord qeydə alınıb.
İdman.biz xəbər verir ki, bunu İFFHS açıqlayıb.
Luka Modriç və İvan Perişiç cütlüyü Xorvatiya millisində 119-cu oyuna çıxıb. Onlar 2011-ci ildən yığmada birgə çıxış edirlər.
Xorvat ulduzlar Estoniya millisində 118 dəfə komanda yoldaşı olan Martin Reyna və Marko Kristalın rekordunu geridə qoyublar. İlk “üçlüy”ü İspaniya yığmasında 117 qarşılaşmada çiyin-çiyinə oynayan Serxio Ramosla Andres İnyesta qapayır.
Qeyd edək ki, Avropa futbolunda 26 cüt 100 və ya daha çox matçda birgə forma geyinib.
İdman.biz