AZ

Qarnında 400 tarantula və zəhərli böcəklərlə saxlanıldı - Video

Perunun paytaxtı Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanında Cənubi Koreyalı bir sərnişinin təhlükəsizlik yoxlamasından keçərkən qarnında yaranan anormal şişlik məmurların diqqətini çəkib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmalar nəticəsində şübhəli sərnişinin sviterinin altında müxtəlif təhlükəli heyvanlar daşıdığı məlum olub.

Hava limanı polisi sərnişinin mədəsinə bükülmüş xüsusi torbalarda 300 tarantula, təxminən 100 qırxayaq və 9 güllə qarışqası tapıb.

Peru Milli Meşəçilik və Vəhşi Təbiət Xidmətindən bioloq Pilar Ayala, ələ keçirilən bütün heyvanların mühafizə altına alındığını və heyvan qaçaqmalçılığına qarşı sərt tədbirlər gördüklərini bildirib.

Heyvan qaçaqmalçısı olan və təhlükəli heyvanları qanunsuz yolla ölkəyə gətirməyə cəhd edən sərnişin saxlanılıb.

Billurə

Seçilən
12
olke.az

1Mənbələr