İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasında İsveçrə üzərində qazanılan qələbəni (3:2) şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
“Bugünkü oyundan çox razıyam. Futbol hər şeydən əvvəl bir mübarizədir.
Bir çox komandalar yüksək səviyyəyə malikdir. Buna görə də komandamı İsveçrə kimi yaxşı rəqibi məğlub etmək üçün göstərdikləri keyfiyyətlərə görə tərifləmək istəyirəm. Komandam nəticəni necə əldə edəcəyini bilirdi”.
İspaniya 16 xal toplayaraq 1/4 finala yüksəlib. İsveçrə qrup sonuncusu olub və B Liqasına düşüb.
Mirağa