AZ

Niderland iqlimlə bağlı öhdəliklərə sadiqliyini bir daha təsdiqləyir - Baş nazirin müavini

Bakı. Trend:

Niderland iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrərazılaşmaları həyata keçirməyə hazırdır.

Trend xəbərverir ki, bunu COP29 çərçivəsində çıxışı zamanı Niderlandın Başnazirinin müavini və İqlim Siyasəti Naziri Sofi Hermans deyib.

Hermans iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal birliyin vəqətiyyətli fəaliyyətin zəruriliyini vurğulayıb. "Əgər biz iqlimdəyişikliyi ilə bağlı vəziyyəti dəyişmək istəyiriksə, biz birlikdəhərəkət etməliyik. Niderland çətin də olsa, yardım etməyə vərazılaşdırılmış maddələri icra etməyə hazırdır", - o bildirib.

Baş nazirin müavini Niderlandın rəhbərlik etdiyi təşəbbüsləri,məsələn, aktivlərin idarə edilməsi ilə məşğul olan Amsterdamşirkəti ILX-in investisiyalarını qeyd etdi. Bu şirkət, dövlət vəözəl maliyyə resurslarının birləşdirilməsi ilə yaxın zamanda iqlimfondu vəsaitini 1,7 milyard dollara çatdırıb. Niderland hər iliqlim mübarizəsinə 1,8 milyard avro ayırır ki, bunun da 60 faiziqrantlar vasitəsilə həssas ölkələr və icmaların uyğunlaşmasınayönəldilir.

O həmçinin qalıq yanacaqlara subsidiyaların mərhələli şəkildədayandırılmasının və şəffaflığın artırılmasının vacibliyinivurğulayaraq, bu məqsədə nail olmaq üçün digər ölkələri Niderlandınbeynəlxalq koalisiyasına qoşulmağa çağırıb.

"Biz COP26-dan sonrakı vədimizi yerinə yetirmək üçün beynəlxalqkoalisiyaya rəhbərlik edirik. Qalıq yanacaq subsidiyalarınımərhələli şəkildə dayandırın. Mən hamınızı şəffaflığın artırılması,maneələrin müəyyən edilməsi və milli səviyyədə hərəkətə keçməsindənövbəti addımı atmaqda bizə qoşulmağa çağırıram. Kollektivsəylərimizi genişləndirmək üçün hər kəsə, o cümlədən bazarlaraehtiyacımız var. Xüsusilə satış bazarları. Çağırışın miqyasınınəzərə alsaq, bilirik ki, hər bir çağırış bu gün və gələcəknəsillər üçün yeni imkanlar təqdim edir. Biz dönüş nöqtəsindəyik",- o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

1Mənbələr