AZ

Agentliyə yeni sədr müavini təyin edildi

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyəti sədrinə müavin təyin edilib.

Bakupost.az -ın məlumatına görə, agentlikdən bildirilib ki, bu vəzifə Ceyhun Şirzad oğlu Hüseynzadəyə həvalə edilib.


Bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri olan Ceyhun Hüseynzadə iqtisadi inkişaf, layihələrin idarəedilməsi və strategiyaların hazırlanması sahəsində 10 ildən çox təcrübəyə malikdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (bakalavr) və “Bowling Green State University”nin (magistr) məzunu olan yeni sədr müavini müxtəlif illərdə Azərbaycan Mərkəzi Bankı, İslam İnkişaf Bankı Qrupu, “Paşa Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumdur. İKTA Azərbaycan Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə publik hüquqi şəxs statusu ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb. Qurumun nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.
Seçilən
18
3
bakupost.az

5Mənbələr