Belçika millisinin sabiq futbolçusu, hazırda ölkəsində "Antverpen"in uğurları üçün çalışan Tobi Alderveyreld cari mövsümün sonunda peşəkar karyerasını bitirəcək.
Fanat.Az "Sporza"ya istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi 6 aydan sonra butslarını mıxdan asacağını deyib.
O, "Antverpen"in heyətində titul qazanmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, Alderveyreld karyerası ərzində İngiltərənin "Tottenhem", İspaniyanın "Atletiko" və Niderlandın "Ayaks" klublarının da formasını geyinib. O, Belçika yığmasındakı karyerasını 2022-ci ildə başa vurub.