“Prezident Bayden administrasiyası ABŞ-nin verdiyi silahlardan Rusiya ərazisinin 300 km dərinliyinə qədər istifadəsinə icazə verib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozepf Borrell deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçilərinə ABŞ-nin verdiyi silahlardan Rusiya Federasiyasının dərinliklərində zərbələr endirmək üçün istifadə etməsinə icazə verilməsi məsələsi bazar ertəsi Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə edilib.
“Yəni, söhbət 300 kilometr radiusdan gedir. Bu, o qədər də çox deyil, məsafədən danışsaq, uzaq məsafə deyil, ölkənin içərilərinə qədər uzanmır. Amma bu qərardır. Niyə seçkidən əvvəl deyil, indi bu qərarı verdilər? Mən bunu bilmirəm",- deyə Borrell vurğulayıb.
O, həmçinin vurğulayıb ki, Aİ xarici işlər nazirləri Rusiya ərazisində Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün birgə qərar qəbul etməyiblər: "Hər bir ölkə özü üçün qərar verir".