2024-cü ilin yanvar-sentyabr aylarında ölkəyə 59479 ədəd minik avtomobili, 6242 ədəd yük avtomobili, 211 ədəd avtobus idxal olunub.
Kommersant.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yanvar-sentyabr ayında Azərbaycana ümumilikdə 24 milyon 597 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4.1 dəfə çoxdur.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda 2.4 dəfə artım olub.