AZ

ABŞ nümayəndəsi: 2030-cu ilə qədər 8 milyon hektar bataqlıq ərazi, çay və dərələri bərpa etmək üçün milli məqsəd qəbul etmişik

“Amerikaya İnvestisiya” gündəliyimiz vasitəsilə biz icmalarımızı quraqlığa, daşqınlara və digər iqlim təsirlərinə, o cümlədən təbiətə əsaslanan həllər yolu ilə daha davamlı təmin etmək üçün on milyardlarla dollar sərmayə qoymuşuq”.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallory bildirib:

"Biz son dörd il ərzində Prezident Baydenin mühafizə gündəliyinə, o cümlədən təmiz suyun qorunması səylərinə rəhbərlik etməkdən qürur duyuruq. Birlikdə və Bayden-Harris administrasiyasının digər üzvlərinin dəstəyi və iştirakı ilə biz ABŞ-də ən iddialı iqlim dəyişikliyi, təmiz enerji və mühafizə gündəmini təqdim etdik. Prezident Bayden vəzifəsinin ilk günlərində 2030-cu ilə qədər torpaqların və suların ən azı 30%-ni qoruyub saxlamağı qarşısına məqsəd qoymuşdu".

O xatırladıb ki, keçən il Dubayda keçirilən COP29-da ABŞ-nin bütün dünyada çayları və bataqlıq əraziləri qorumaq və bərpa etmək üçün 45 ölkə və Avropa İttifaqı ilə tərəfdaşlıq edərək Qlobal Şirin Su Çağırışına qoşulduğunu elan edib:

"O vaxtdan bəri Birləşmiş Ştatlar 2030-cu ilə qədər 8 milyon hektar bataqlıq əraziləri və çay və dərələri qorumaq, bərpa etmək və yenidən birləşdirmək üçün milli məqsəd qoydu”.

Seçilən
27
apa.az

1Mənbələr