Sağlamlıqla bağlı qabaqcıl tədbirlərin görülməsinin vaxtı çatıb. Bunu Vahid Sağlamlıq üzrə Qlobal Koordinator Çadia Vannu COP29 beynəxalq tədbiri zamanı "Vahid Sağlamlıq: Konsepsiyadan gerçəkliyə" mövzusunda təqdimat zamanş deyib.
"Vəziyyəti dəyişməyin vaxtı çatıb. Qabaqcıl tədbirlər görməliyik. Əvvəlki kimi ölkələr olaraq təkbaşına davrana bilmərik. Nəzərə almalıyıq ki xəstəliklərin 70% heyvanlardan keçir. Fəlakətlər baş vermədən kordinasiyalı onun qarşısını almaq imkanımız daha çoxdur. COVİD pandemiyası trilyon dollara başa gəldi. Qarşımızda olan riskləri birgə ram etməyin vaxtı çatıb", - o COP29-da çıxışı zamanı bildirib.
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası (COP29) çərçivəsində "Vahid Sağlamlıq Konfransı” öz işinə başlayıb.
Gülnar Nazimqızı
www.anews.az