AZ

“Neymar karyerasını məhv etdi” – Klub prezidenti təəssüfləndi

“Botafoqo”nun rəhbəri Dursesio Mello hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən hücumçu Neymarın mümkün transferini şərh edib.

Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, Braziliya klubunun prezidenti Neymarın karyerasını məhv etdiyini bildirib:

“Allah rəhm etdi. Neymar oyununu gördüyüm ən yaxşı futbolçulardan biri adlandırıla bilər, o, Lionel Messi və Kriştano Ronaldo ilə eyni səviyyədə idi.

Lakin Neymar karyerasını məhv etdi. Hər şey onun zədəsi ilə başa çatdı.

Bu da onu bütün ili buraxmağa məcbur etdi. İndi o, yenidən zədələnib”.

32 yaşlı forvard dizinin çarpaz bağları zədələndiyi üçün uzun müddət yaşıl meydanlardan uzaq qalıb.

Seçilən
4
sportinfo.az

1Mənbələr