AZ

Cənubi Sudan COP29-da yeni iqlim hədəfinin təcili qəbulunu tələb edir

Bakı. Trend:

Cənubi Sudan iqlim dəyişikliyinə qarşı mübarizə üçünmaliyyələşdirmənin yeni kollektiv kəmiyyət hədəfinin (NCQG) təcilimüəyyən edilməsinə çağırır.

Trend xəbər verir ki, bunuCənubi Sudanın ətraf mühit və meşə naziri Cozefin Nqoya COP29sammitində çıxışı zamanı bildirib.

İqlim dəyişikliyinin ciddi təsirlərinə məruz qalan Cənubi Sudanadından çıxış edən nazir Nqoya, ölkədə quraqlıqlar, ekstremalistilər, qeyri-müntəzəm yağışlar və məhsul çatışmazlığı kimidağıdıcı hadisələrdən bəhs edib. Bu vəziyyət, əhalinin 60 faizdənçoxunun ərzaq təhlükəsizliyindən məhrum olmasına səbəb olub.

"Üç milyondan çox insan iqlim fəlakətlərindən əziyyət çəkib, buda daxili köçkünlüyə və dolanışıq vasitələrinin itirilməsinə səbəbolub", - deyə nazir C.Nqoya qeyd edib.

O, iqlim maliyyələşdirilməsi üçün yeni NCQG-nin müəyyənedilməsini təklif edərək, COP29-u maliyyələşdirmə həcminitrilyonlarla dollara artırmağa çağırıb.

Bundan əlavə, nazir maliyyə resurslarına çıxış şərtlərininsadələşdirilməsinin vacibliyini qeyd edib ki, Cənubi Sudan kimi ənhəssas ölkələr iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üçünlazım olan resursları əldə edə bilsin.

Nazir zərərçəkmiş ölkələr üçün kompensasiya mexanizmlərininsürətlə tətbiq edilməsinin vacibliyini vurğulayıb.

"Zərər və itkilər Fondu təcili olaraq maliyyələşdirilməli vəaktivləşdirilməlidir ki, bizim əhalimiz lazım olan yardımı alabilsin", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
5
2
az.trend.az

3Mənbələr