AZ

Azərbaycan millisi üçün ideal şərait yaradıldı

Bu gün Solnada İsveç və Azərbaycan yığmaları arasında Millətlər Liqasının C1 qrupunun 6-cı turunun oyununa hava şəraiti heç bir maneə yaratmayacaq.

Sportal.az xəbər verir ki, yerli federasiya stadionun damının bağlanmasını qərara alıb. Oyun günü hansı hava şəraiti olsa belə, matçın keçirilməsinə problem yaratmayacaq.

Əlavə edək ki, millinin C divizionunda qalmaq şansını qoruması üçün İsveçi məğlub etmək razı salacaq.

İsveç - Azərbaycan oyunu "Strouberi Arena" stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

saytlarin hazirlanmasi

Seçilən
28
1
sportal.az

2Mənbələr