AZ

Rusiyalı kapitanın avtomobili belə PARTLADILDI - ANBAAN VİDEO

Sevastopolda Rusiya Sərhəd Qoşunlarının Qara dəniz donanmasının 41-ci raket gəmiləri və katerləri briqadasının qərargah rəisi, 1-ci dərəcəli kapitan Valeri Trankovskinin avtomobili partladılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri MASH telegram kanalı yayıb.
Mənbə qeyd edir ki, partlayışda ayağı qopan kapitan çoxlu qan itirib və hadisə yerində həlak olub.

Qətli törədən iki icraçı - Sevastopol şəhərinin 38 yaşlı sakini (qadın) və Yalta şəhərinin 47 yaşlı sakini (kişi) ələ keçirilib.

Əldə edilən informasiyaya görə, qadın kapitanı izləyib, kişi isə onun maşınının içinə partlayıcı maddə qoyub.

Rusiya Federal Təhlükəsizlik Xidməti insidentlə bağlı bəyan edib ki, hücumun təşkilinə Ukrayna Təhlükəsizlik Xidmətinin rəisinin müavini Aleksandr Poklad rəhbərlik edib.


Bizim.Media

Seçilən
6
46
bizim.media

10Mənbələr