COP29 konfransında iqlim maliyyəsi diqqət mərkəzindədir. İstərdim ki, biz inkişaf etməkdə olan ölkələrdə təsirlərin azaldılması tədbirlərinin icrasında irəliləyişə nail olaq və bu sahədə əməkdaşlıq daha da gücləndirilsin.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Zambiyanın Qlobal Yaşıl İnkişaf İnstitutunun SPAR6C Proqramı üzrə milli koordinatoru Elaine Bvalya Kafvimbi deyib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edir: “Hər şey çox yaxşı təşkil olunub. İstər qalacağımız yer, istərsə də tədbirin keçirildiyi məkan, hər şey əladır”.