AZ

Paşinyanın "WhatsApp" sevgisi! Məmurları belə işdən çıxardı

Ermənistanın baş naziri Nikol Paşinyan “WhatsApp” messenceri ilə bir neçə məmura mesaj yazaraq işdən çıxarılmaları barədə məlumat verib. 

News24.az Söz.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Nikol Paşinyan keçmiş tabeliyində olanlardan ən alçaldıcı şəkildə xilas olub. Onlara üz-üzə şikayətlərini bildirməyi və istefa məktubu yazmaq təklifini əsaslandırmağı lazım bilməyib.

Belə bir bildiriş Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyana təsir edib. O, mesajı gəzinti zamanı alıb, bunu zarafat kimi qəbul edib. Lakin oxşar bildirişlər alan digər həmkarları ilə söhbətdən sonra Badasyan bunun doğru olduğunu anlayıb.

Qeyd edək ki, bir gün əvvəl Nikol Paşinyan bir sıra yüksək rütbəli məmurlardan istefa verməsini xahiş etdiyini bildirib. 


Seçilən
8
news24.az

1Mənbələr