Bakıda dayanma-durma qaydasını pozan sürücü yolda hərəkəti çətinləşdirib. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 4-də, paytaxtın Ayna Sultanova küçəsində baş verib.
Belə ki, 90-UM-894 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma edərək yolda hərəkəti çətinləşdirib. Görüntünü qeydə alan sürücü sağ tərəfdə boş yerin olması ilə bağlı irad bildirib. Lakin o, iradı normal qəbul etməyərək özünə haqq qazandırmağa çalışıb.
Videodan da aydın şəkildə görünür ki, sürücü yolun sağ tərəfindəki boş yerdə dayanıb, özü dediyi kimi 2 dəqiqə gözləyə bilərdi.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid