AZ

ABŞ və Azərbaycan yaşıl enerji sahəsində etibarlı tərəfdaş ola bilər - Tom Vilsek

Bakı. Trend:

ABŞ və Azərbaycan yaşıl enerjinin inkişafı sahəsində etibarlıtərəfdaş ola bilər.

Trend xəbər verir ki, bunuABŞ-nin kənd təsərrüfatı naziri Tom Vilsek COP29 çərçivəsindəkeçirilən mətbuat konfransında bildirib.

"Azərbaycan enerji istehsalçısıdır və düşünürəm ki, biz xüsusiləbərpa olunan enerji mənbələri hesabına enerji portfelininşaxələndirilməsi istiqamətində davamlı səylər fonunda etibarlıtərəfdaş ola bilərik. ABŞ-də yaşıl enerji sahəsində əldə etdiyimizçoxsaylı təcrübələr müzakirə və təcrübə mübadiləsi üçün əsas olabilər", - deyə o əlavə edib.

T.Vilsek, həmçinin, Azərbaycanın Şərq ilə Qərb arasındaticarətdə oynadığı əsas roldan istifadə etmək üçün ABŞ-nin böyükimkanlara malik olduğunu vurğulayıb.

"Biz hər iki istiqamətdə malların sərbəst hərəkəti üçün şəraityaratmaq üzərində işləyə bilərik. Burada böyük perspektivlər vəbazarlar mövcuddur və mənim fikrimcə, sizin ölkəniz Şərq ilə Qərbibirləşdirməkdə mühüm rol oynamağa qadirdir. Bu, mənim fikrimcə,böyük əhəmiyyət kəsb edən əsas sahələrdən biridir", - deyə o qeydedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
14
2
az.trend.az

3Mənbələr